HAAQA MÜQAVİLƏSİ (1794) – Avstriya Niderlandı әrazisindә Prussiyanın inqilabi Fransa qoşunlarına qarşı hәrbi әmәliyyatlarını fәallaşdırmasına dair aprelin 19-da bir tәrәfdәn B.Britaniya ilә Niderland, digәr tәrәfdәn Prussiyanın imzaladığı müqavilә. Prussiya Fransaya qarşı 62,4 min nәfәrlik qoşun çıxarmağı öhdәsinә götürürdü. B.Britaniya vә Niderland bu qoşunlardan harada istifadә edilmәsini hәll etmәk, hәmçinin Prussiyanın qazanacağı qәlәbәnin nәticәlәrindәn bәhrәlәnmәk hüququ әldә edirdi. Prussiya qoşunlarından istifadә müqabilindә B.Britaniya Prussiyaya hәr ay 50 min funtsterlinq, bundan әlavә birdәfәlik 300 min funtsterlinq, qoşunların qaytarılması zamanı daha 100 min funt sterlinq vә әlavә olaraq adambaşına 1 funt sterlinq 12 şillinq ödәmәyi öhdәsinә götürürdü. Lakin Prussiya öz qoşunlarını Avstriya Niderlandına deyil, T. Kostyuşko üsyanını yatırmaq mәqsәdilә Polşaya yeritdi. 1794 ilin payızında әbәs yerә külli miqdarda vәsait xәrclәmiş Britaniya hökumәti subsidiya ödәnilmәsini dayandırdı vә Haaqa müqavilәsini lәğv etdi.










