HÁBBARD (Hubbard) – Şimali Amerikada iri dәrә buzlaqlarından biri. Uz. 115 km, firn hövzәsinin sah. 20 min km2. Müqәddәs İlya d-rının buzlaq sahәlәrindә, Kanada ilә ABŞ-ın (Alyaska ştatı) sәrhәdindәdir, Sakit okeanın Yakutat körfәzinә enir; aysberqlәr yaradır. 19 әsrin sonundan il әrzindә 17–18 m irәlilәyir.











