HABER Frits [9.12.1868, Breslau (indiki Vrotslav, Polşa) – 29.1.1934, Bazel] – alman kimyaçısı, Nobel mükafatı laureatı (1918). Alman Kimya Cәmiyyәtinin prezidenti (1922–24), SSRİ EA әcnәbi üzvü (1932). Berlin Un-tini bitirmişdir (1891). Müxtәlif sәnaye ş i r k ә t l ә r i n d ә (1891–94), Karlsruedә Ali Texniki Mәktәbdә (1894–1910; 1906 ildәn prof.) işlәmişdir. Berlindә Fiziki Kimya vә Elektrokimya İn-tunun direktoru (1911–33; 1953 ildәn in-t H.-in adını daşıyır) olmuşdur. Birinci dünya müharibәsi illәrindә Almaniyanın Hәrbi-Kimya Departamentinin rәhbәri vә hәrbi-kimya sәnayesinin tәşkilatçısı olmuşdur. Tәdqiqatları, әsasәn, ammonyakın kimya vә texnologiyasına, elektrokimyaya hәsr olunmuşdur. 1895 ildәn ammonyakın yüksәk tәzyiq vә temp-rda, katali zatorun iştirakı ilә azot vә hidrogendәn әmәlәgәlmә reaksiyasının tarazlığını öyrәnmişdir. H. ilk dәfә ammonyakı 300°C-dәn aşağı temp-rda vә yüksәk tәzyiqdә almağın mümkünlüyünü göstәrmişdir. 1908 ildә yarım sәnaye qurğusunda maye ammonyak almışdır. H.K.Boşla birlikdә BASF şirkәtinin zavodlarında atmosfer azotunun fiksә edilmәsi yolu ilә ammonyakın sintezi texnologiyasının tәtbiq edilmәsindә iştirak etmişdir (1911–16). Haber – Boş prosesi adlanan bu metod ammon yakın dünyada çoxtonnajlı sәnaye istehsalının әsas üsuludur. Zәhәrlәyici maddәlәr kimyası sahәsindә tәdqiqatlar aparmışdır. Nitrobenzolun anilinә elektrokimyәvi reduksiyasını öyrәnmiş (1900), mәhlulların pH-nı ölçmәk üçün şüşә elektrod ixtira etmişdir (1909).











