Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁBERMAS 
    HÁBERMAS Yurgen (d.18.6.1929, Düsseldorf) – alman filosofu vә sosioloqu, Frankfurt mәktәbinin ikinci nәslinin nümayәndәsi. 1949–54 illәrdә Göttingen, Sürix vә Bonn un-tlәrindә tәhsil almışdır. 1950-ci illәrin ortalarından Frankfurt Sosial Tәdqiqatlar İn-tun da T.Adornonun assistenti, 1964–71 illәrdә fәlsәfә vә sosiologiya prof.-u olmuşdur. 1960-cı illәr tәlәbә hәrәkatının ideya ilham vericilәrindәn biri olmuş, lakin 1968 ildә onun radikal qanadından uzaqlaşmışdır. 1971–81 illәrdә Ştarnberqdә (Münxen yaxınlığında) Maks Plank Cәmiyyәtinin Elmi-texniki dünya hәyatının tәdqiqi in-tunun hәmdirektorlarından biri, 1983–94 illәrdә yenidәn Frankfurt Un-tinin prof.-u olmuşdur. Almaniyada vә Avropada siyasi debatlarda Almaniya Sosial-Demokrat Partiyasının platformasını müdafiә, 1980-cı illәrin ortaları “tarixçilәr mübahisәsi”ndә milli konsensusun mühafizәkar tәrәfdarlarını tәnqid etmişdir. H.-ın yaradıcılığında üç mәrhәlәni ayırmaq olur: cәmiyyәtin tәnqidi nәzәriyyәsinә yeni baxış (1960–1970-ci illәrin ortaları); “kommunikativ fәaliyyәt” vә diskurs etikası geniş nәzәriyyәsinin işlәnib hazırlanması (1980-ci illәr); hüquq fәlsәfәsi, әxlaq vә siyasәt problemlәrinә müraciәt (1990-cı illәrdәn). “İctimaiyyәtin struktur dәyişikliklәri” (“Strukturwandel der Offentlichkeit”, 1962) әsәrindә H. Qәrb cәmiyyәtlәrindә sosial kommunikasiya formalarının tәkamülünü izlәyәrәk, kütlәvi cәmiyyәtlәr vә hәrәkatlar dövründә әnәnәvi burjua/vәtәndaş açıq sferasının tәnәzzülünü aşkarlayır. H.-ın 1968 ildә H. Albertlә polemikaya girdiyi “pozitivizm mübahisәsi” kontekstindә “İdrak vә maraq” (“Erkenntnis und İnteresse”, 1968) әsәri yarandı. Burada H. bәşәriyyәt üçün baza rolunu oynayan texniki maraq (tәbiәt üzәrindә hökmranlıq, “empirik-analitik” tәbiәtşünaslıq elmlәrinin sövqedici motivi) vә qarşılıqlı anlaşma praktiki marağı (humanitar, “hermenevtik” elmlәrin sövqedici motivi) ilә yanaşı, üçüncü – “azadlıq” marağını (ağlı doqmatik asılılıqdan azad edәn “özünü refleksiya”) fәrqlәndirir. H. üçün xüsusilә mühüm olan sonuncu motiv K.Marksın ideologiya tәnqidindә vә Z.Freydin psixoanalizindә mövcuddur. H.- ın 1970-ci illәrdә yazdığı siyasi әsәrlәrinin mәrkәzindә ic timai tәlәbatın yönlәndirilәn iqtisadi artım vә mәnfәәtlә toqquşmasının perspektivlәri durur (“Son dövr kapitalizminin legitimasiya problemi” – “Legitimationsprobleme im Spätkapitalismus”, 1973). M.Horkhaymer vә T.Adornonun “Maarifçilik dialektikası”ndakı total pessimizmi qәbul etmәyәn H. özünün tәnqidi nәzәriyyә versiyasında klassik rasionalizmin humanist tәmayülü ilә varisliliyi tәsbit edirdi. 2-ci mәrhәlәnin hәlledici kitabı olan “Kommunikativ fәaliyyәt nәzәriyyәsi”ndә (“Theorie des kommunikativen Handelns”, 1981) H. mәqsәdyönlü rasional fәaliyyәt primatına (M.Veber, T.Parsons vә b. üçün әsas ideya) qarşı nәticәnin optimal әldә edilmәsinә deyil, bәrabәrhüquqlu dialoq kimi başa düşülәn sosial qarşılıqlı fәaliyyәtin bütün iştirakçılarının dәrin qarşılıqlı anlaşmasının tәminatına vә maraqlarının nәzәrә alınmasına yönәlmiş kommunikativ rasionallıq anlayışını qoyur. K.O.Apelin “transsendental praqmatizm” ideyalarına әsaslanan H. ictimai diskussiyaların vә insanlararası kommunikasiyaların sәrbәst inkişafına istiqamәtlәnmiş “ideal kommunkativ vәziyyәt”in epistemoloji önşәrtlәrini aydınlaşdırır. H. rәngarәng “hәyat dünyası”nın texno-bürokratik münasibәtlәr sistemi ilә “müstәmlәkәlәşdirilmәsi”ni müasir dövrün tәhlükәli tendensiyası hesab edir. İ.Kant etikasını yenidәn nәzәrdәn keçirәn H. özünün diskurs etikası konsepsiyasında әxlaqi normaların universal әhәmiyyәtliliyi formal prinsipini tәtbiq edir: universal әhәmiyyәtlilik praktiki diskurs prosesindә bütün iştirakçılar hәmin normaların yararlılığı haqqında razılığa gәldiyi zaman müәyyәnlәşdirilir (“Əxlaqi şüur vә kommunikativ fәaliyyәt” – “Moral bewuβt sein und kommunikatives Handeln”, 1983). 1990-cı illәrdә H. özünün işlәyib hazırladığı diskurs etikası vә analitik fәlsәfәnın, praqmatizmin baza postulatlarının yenidәndәrki әsasında müasir cәmiyyәtlәrin әxlaqi, hüquqi vә siyasi problemlәrini nәzәrdәn keçirir. Hüququn başlıca әsası siyasi kommunikasiya (H.-da bunun mәrkәzi qismindә könüllü assosiasiyalar çıxış edir) prosesindә birgә hәyatın hüquqi formalarını müәyyәnlәşdirәn azad vә bәrabәr subyektlәrin demokratiyasıdır (“Faktikilik vә әhәmiyyәtlilik” – “Faktizität und Geltung”, 1992). Şәxsiyyәtdәnkәnar qanunauyğunluqların avtomatik reallaşmasını vurğulayan strukturalizmin әksinә olaraq, H. nitqin vә onu doğuran subyektin kreativ potensialı haqqında V. fon Humboldtun ideyalarını inkişaf etdirir. Filosofun vәzifәsi ifadә olunmuş fikirlәrin әhәmiyyәtliliyini tәhlil etmәk, onların plüralist, dialoji vә potensial münaqişәli xarakterini aydınlaşdırmaqdır. Müasir dövrün “ruhi vәziyyәti”ndә H. iki әks tendensiyanı – dünyanın elm tәrәfindәn yaradılan naturalist mәnzәrәsinin yayılmasını vә dini birliklәrin, hәmçinin inancların canlanması vә siyasilәşmәsini tәhlil edir (“Naturalizm ilә din arasında” mәqalәlәr toplusu, “Zwischen Naturalismus und Religion”, 2005). H.-ın inkişaf etdirdiyi “deliberativ demokratiya” ideyaları istәnilәn siyasi qәrarların formalaşdırılması zamanı açıq vә sәlahiyyәtli diskussiyaların, hәmçinin ictimai mәslәhәtlәşmәlәrin zәruriliyini nәzәrdә tutur vә qlobal qeyri-bәrabәrlik şәraitindә ekspertlәrin “prosedur” mәhdudiyyәtlәrinә alternativi bunda görür.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU