HABİL VƏ QABİL (әr.
; ibranicә
; yun. Αβελ – Κάϊν; lat. Abel – Cain) – Adәm vә Hәvvanın ilk iki oğlu. Tövrata görә, böyük qardaş Q. әkinçi, H. isә çoban idi. Q. torpağın mәhsulundan, H. sürüsündә ilk doğulan heyvanlardan Allaha qurban vermiş, ancaq Allah Q.-in qurbanını qәbul etmәmişdi. Bundan qәzәblәnәn Q. qardaşı H.-i öldürür vә yer üzünün ilk cinayәtini törәdir. Torpaq tәrәfindәnlәnәtlәnәn Q. bundan sonra qaçaq düşür vә Ədәn bağından şәrqdә Noddiyarında sәrgәrdan yaşayır (Yaradılış kitabı 4:1–16). Quranda bu hadisә H. vә Q.-in adları çәkilmәdәn xatırlanır (5:27–31). Quran rәvayәtlәrindә vә bir sıra müәlliflәrdә (Tәbәri, İbn әl-Əsir) H. vә Q. әhvalatı әksini tapmışdır. Xristian әnәnәsindә ilk әzabkeş vә tәqib olunan ilk mömin kimi nәzәrdәn keçirilәn H. İsa Mәsihin Əhdi-әtiqdәki proobrazıdır. Əhdi-cәdiddә H. günahsız öldürülmüşlәrin rәmzi kimi mәnalandırılır (Luka 11:51), saleh insan kimi mәdh edilir (İbranilәrә mәktub 11:4).










