Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁBİTUS
    HÁBİTUS, s o s i a l - h u m a n i t a r e l m l ә r d ә – hәrәkәt etmәyin adәt olunmuş üsulu. Fәlsәfә tarixindә “H.” anlayışı Aristotelin “ekzis”inә (έξις) gedib çıxır. Foma Akvinalı bu termini latıncaya “habitus” kimi tәrcümә etmiş vә ona әlavә olaraq fәallıq, yaxud davamlı göstәriş (potensiya çoxluğu ilә müәyyәn mәqsәdli konkret hәrәkәt arasında) sayәsindә dәyişilmәk qabiliyyәti mәnasını vermişdir. E.Husserlin fenomenologiyasında H. keçmiş tәcrübә ilә gәlәcәk fәaliyyәt arasındakı mental hәrәkәtdir. Husserl hәmçinin konseptual cәhәtdәn yaxın olan “habitualität” terminini işlәtmişdir; sonralar bu termin onun tәlәbәsi A.Şüts tәrәfindәn “adi bilik” (habitual knowledge) kimi tәrcümә olunmuş vә bu şәkildә etnometodologiyaya uyğunlaşdırılmışdır. N.Elias “H.” anlayışından “mәdәni” insanların sosial davranışının psixi mәnbәyi mәnasında istifadә etmişdir. “H.” termini klassik sosiologiya vә antropologiyada (M.Moss, K. Levi-Stros) cismani vәrdişlәrә tәtbiqәn işlәdilmişdir. 20 әsrin ikinci yarısı sosiologiyasında H. fәrdә әtraf mühiti qavramağa, qiymәtlәndirmәyә vә yalnız özünә xas üsulla hәrәkәt etmәyә imkan verәn sabit istәklәr sistemidir (P.Burdye). H. eyni zamanda keçmişin mәhsulu vә yeni tәcrübә vә tәsәvvürlәri yaradan prinsipdir; onu fәrdin sosiallaşması prosesindә inteqrasiya olunduğu obyektiv sosial strukturların subyektiv mәnalar kompleksi kimi tәsvir etmәk olar (M.Fuko). H. xarici sosial strukturların şәxsiyyәtin daxili strukturları şәklindә tәkrar istehsalıdır; bu, “var olmağ”a çevrilmiş “sahib olmaq”dır. H. elә tәcrübәlәr vә tәsәvvürlәr doğurur ki, onlar mәhsulu H.-un özü olan sosial strukturlar kompleksinә uyğunlaşmış olur. H.-u әmәlә gәtirәn dispozisiyalar davamlı xarakter daşıyır vә bәzәn onları doğuran şәrtlәr mövcud olmayanda da fәaliyyәt göstәrmәyә davam edir (histerezis effekti). H. potensial sonsuz hәrәkәtlәr çoxluğunu hәyata keçirmәyә imkan verir; istehsalın sosial şәrtlәrinә birbaşa müncәr olunmayan hәmin hәrәkәtlәr vahid ümumi prinsipi ifadә edir. H. fәrdin bütün tәcrübәlәrindә s i s t e m a t i k o l a r a q tәzahür edir, onun sxemlәri bir sferadan digәrinә keçә bilir. O, fәrdlәrin tәcrübәlәrini strukturlaşdıraraq, onlara nisbi daxili vәhdәt, özünәuyğunluq verir. Hәyat tәrzlәri H.-un mәhsulu olmaqla, sosial cәhәtdәn ixtisaslaşdırılmış işarә sistemlәrinә (“incә”, “vulqar” vә s.) çevrilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU