HACI AQUS SALİM (әsl adı Muşudul Haq) (8.10.1884, Hollandiya Ost-Hindi, Şәrqi Sumatra, Bukittingi ş. yaxınlığında Kota Qedanq qәs. – 4.11.1954, İndoneziya, Cakarta) – İndoneziya müsәlmanlarının lideri, dövlәt xadimi. İndoneziyanın milli qәhrәmanı (ölümündәn sonra, 1961). Əsilzadә ailәsindәndir. Hollandiyanın avropalılar üçün ibtidai litseyini (1897), Ali mülki mәktәbini (1903) bitirmişdir. Holland, ingilis, alman, fransız, әrәb, yapon vә türk dillәrini mәnimsәmiş, Hollandiyanın Ciddә konsulluğunda mәmur (zәvvarların Mәkkәdә bәlәdçisi vә tәrcümәçisi) işlәmişdir. 1915 ildәn Sarekat İslam partiyasının üzvü, 1934 ildәn onun başçısı idi. 1917–19 illәrdә jurnalistika sahәsindә çalışmışdır. İndoneziyanın 1945 il Konstitusiyasının hazırlanmasında fәal iştirak etmiş, xarici işlәr naziri vәzifәsindә (1947–49) işlәmişdir. 1947 ildә Yaxın Şәrq ölkәlәrinә sәfәri nәticәsindә Misir, İran, Livan vә Sәudiyyә Ərәbistanı İndoneziyanı tanımışdır.










