HACI BAYRAM, H a c ı B a y r a m l ı, Q a r a q ı ş l a q, B a x ç a l a r – İrәvan xanlığının Sәrdarabad mahalında (9.9.1930 ildәn Sәrdarabad, 2.3.1935 ildәn Oktemberyan r-nu), Arpaçayın sahilindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin ortalarında kәnddә Türkiyәdәn köçmüş kürd әhali dә mәskunlaşmışdır. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisi geri qayıtmış vә kәndi yenidәn abadlaşdırmışdır. 1948–49 illәr dә kәndin azәrb. әhalisi deportasiya olunmuş vә burada xarici ölkәlәrdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. Sonralar kәndә qayıdan azәrb.-lar isә 1988 ildә yenidәn deportasiya olunmuşlar. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk Baxçalar, 3.7. 1968 ildә isә Baqaran qoyulmuşdur.










