Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HACI BƏKTAŞ VƏLİ 
    HACI BƏKTAŞ VƏLİ (tәqr. 1208, Nişapur – tәqr. 1271, Sulucakarahöyük, indiki Nev şәhәr ilinin Hacıbәktaş ilçәsi) – türkman şeyxi, bәktaşilik tәriqәtinin ruhani banisi. Hәyatı haqqında mәlumat ölümündәn çox sonralar yazılmış “Mәnaqibül-qüdsiyyә” (Əlvan Çәlәbi, 14 әsr), “Mәnaqibül-arifin” (Əhmәd Əflaki, 14 әsr), “Mәnaqibi Hacı Bәktaş Vәli” (yaxud “Vilayәtnamә”, Uzun Firdövsi, 15 әsrin sonu) mәna qibnamәlәrindәn vә Ə.Caminin “Nәfәhatül-üns” әsәrindәn әldә edilmişdir. Xorasan sultanı II İbrahim Seyyid Mәhәmmәdin oğludur. Atasının ölümündәn sonra hakimiyyәti әmisi oğlu Seyyid Hәsәnә vermişdir. “Vilayәtnamә”yә görә, ilk mürşidi Əhmәd Yәsәvinin xәlifәsi Loğman Pәrәndә olmuşdur. Bir çox mәnbәlәrdә soy şәcәrәsinin Əli ibn Əbu Talibә, ruhani silsilәsinin isә yәsәviyyә tәriqәtinә çatdığı göstәrilir. Dini vә dünyәvi elmlәrә dәrindәn yiyәlәnmiş, yüksәk erudisiyaya malik olmuşdur. 13 әsrdә monqol istilasından sonra Orta Asiyadan Anadoluya gәlmişdir. Tәqr. 1250-ci illәrdәn sonra Sulucakarahöyükdә mәskunlaşmış, ömrünün sonunadәk orada yaşamışdır. Türkman şeyxi Baba İlyasdan dәrs almış, Əxi Evrәnlә dostluq etmişdir. “Xalq islamı” kimi tәzahür edәn Xorasan ruhani cәrәyanının Anadoluya daşıyıcılarından biri olmuş H.B.V. orada qeyri-müsәlmanlar arasında islamın yayılmasında vә sosial strukturun inkişafında mühüm rol oynamışdır. Onun fәaliyyәti sayәsindә müsәlman vә xristian icmalarının yanaşı mövcudluğu üçün әlverişli ortaq mühit yaranmışdı. Yerli xristianlar onu Müq. Xaralampi adlandırır vә ona pәrәştiş edirdilәr. Tezliklә bütün Ana doluda nüfuz sahibi olmuş H.B.V. batini tәriqәtlәri öz әtrafında birlәşdirmiş vә tәşkilatlandırmış, “Rum abdalları”nın (Anadolu dәrvişlәri) başında durmuşdur. Əsasıyә sәviyyәdәn gәlәn “4 qapı, 40 mәqam” anlayışını kanonlaşdırmışdır. H.B.V. eyni zamanda yeni çәri tәşkilatının piri hesab edilirdi. Mәnәvi irsi vәfatından sonra xәlifәlәri vasitәsilә bütün Anadoluya yayılmış, şәxsiyyәti әfsanәlәşdirilmiş vә tәqdis olunmuşdur. Əlәviliyin formalaşmasında H.B.V.-nin şәxsiyyәtinin kultu başlıca rol oynamışdır. Mәnbәlәrdә “Mәqalәt” adlı әsәri qeyd olunur. Mәzarı üzәrindә türbә inşa edilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU