Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HACI ÇƏLƏBİ XAN
    HACI ÇƏLƏBİ XAN Qurban oğlu (tәqr.1703, Şәki – 1755) – Şәki xanı [1747–55], Şәki xanlığının banisi. Dәrviş Mәhәmmәd xanın nәslindәndir. Görkәmli siyasi xadim vә istedadlı sәrkәrdә olmuşdur. Hacı Çәlәbi Nadir şahın [1736–47] Şәkiyә mәlik tәyin etdiyi Mәlik Nәcәfın әmәllәrinin qarşısını almağa çalışırdı. Mәlik Nәcәfin şikayәtindәn sonra Nadir şah onların ikisinidә Dәrbәnd yaxınlığındakı düşәrgәsinә çağırdı vә Hacı Çәlәbinin asılmasını әmr etdi. Lakin o, Mәlik Nәcәfın vergilәri özbaşına artırdığını bildirdi vә şah Hacı Çәlәbini bağışlayaraq onun vәkillik sәlahiyyәtini artırdı. Şәki xanlığının qısa tarixini yazmış Kәrim ağa Fatehә görә, Hacı Çәlәbi gedәndәn sonra şah öz yaxın qulluqçularına demişdi: “Mәnim hüzurumda bir kimsәnin hәddi yoxdur ki, nәfәs çәkә. Şәkili Çәlәbi cürәt sahibi imiş ki, boğazında kәndir bu әrzlәri mәnә elәdi”. Hacı Çәlәbi Mәlik Nәcәfi daha çox sıxışdırmağa başladı. Mәlik yenә ondan şaha şikayәt göndәrdi. Hacı Çәlәbi Mәlik Nәcәfı öldürdü, Şәki vilayәtini müstәqil xanlıq, özünü isә xan elan etdi (1743). H.Ç.x. şah ordusunun Şәkiyә yürüş edәcәyini anladığına görә, әhalini Gәlәsәn-görәsәn qalasına köçürüb, oraya lazımi azuqә ehtiyatı topladı. Nadir şahın başı osmanlılarla müharibәyә qarışdığı üçün yalnız 1744 ilin payızında Şәkiyә gәldi. O, 15 minlik qoşunla Gәlәsәn-görәsәn qalası üzәrinә hücum etdi. Yol dar dәrәlәrdәn keçdiyindәn o, ordunun әsas qüvvәlәrini artilleriya ilә birlikdә Daşbulaq k. yaxınlığında, Kotan düzü deyilәn yerdә qoydu. Bir neçә gün amansız döyüş getdi. Carlılar, balakәnlilәr vә dağıstanlılar şәkililәrin kömәyinә gәldilәr. Şәkililәr dar keçidlәr vә meşә örtüyündәn istifadә edib arxadan şah qoşunlarına basqın etdilәr. Şah 500-dәn çox döyüşçü itirib Bәrdәyә geri çәkildi. 1745 ilin әvvәllәrindә Nadir şah yenidәn Gәlәsәn-görәsәn qalası üzәrinә uğursuz yürüş etdi vә qәzәbindәn Şәki ş.-nә od vurdurdu. 5 ay davam edәn basqınlardan sonra Nadir qala qarşısında üç min döyüşçü qoyub Şәkini tәrk etdi. Yalnız 1746 ilin martında әrzaq çatışmazlığı nәticәsinda qalada yaranmış ağır vәziyyәtlә әlaqәdar H.Ç.x. Nadir şahın hakimiyyәtini tanıdığını bildirdi. Nadir şah Hacı Çәlәbini yenidәn Şәkiyә vәkil tәyin etdi. Nadir şah öldürüldükdәn (1747) sonra H.Ç.x. Azәrb. torpaqlarını Şәki xanlığına birlәşdirmәk siyasәti yeridirdi. O, Qәbәlә, Ərәş, Qutqaşen sultanlıqlarını vә Car-Balakәn camaatlığını özündәn asılı vәziyyәtә saldı. Gürcü mәnbәlәrinin birindә qeyd olunur ki, Kartli çarı Teymuraz vә Kaxeti çarı II İraklinin qoşunları ilә toqquşmada H.Ç.x.-ın döyüşçülәri düşmәni darmadağın etdilәr. Gürcü çarları 4000 nәfәr itirdi, qoşunlarının bir hissәsi Alazan çayında batdı, bәzilәri isә әsir düşdülәr. Şәki xanı bir neçә dәfә Şamaxı, Gәncә vә Qarabağ xanlıqlarına hücum etdi. Qarabağxanlığının mәrkәzi Bayat qalasını bir aydan artıq mühasirәdә saxladı, Qarabağ, Naxçıvan, Qaradağ vә Gәncә xanlarının birlәşmiş qüvvәlәri qarşısında böyük itki ilә Kürün o tayına çәkildi. H.Ç.x. 1751 ildә Gәncә, Qazax, Şәmkir vә Borçalı uğrunda mübarizәdә Teymurazı vә II İraklini bir neçә dәfә mәğlubiyyәtә uğratdı. 1752 ildә guya Şәki xanlığına qarşı mübarizә aparmaq mәqsәdilә Teymuraz vә II İrakli bәzi Azәrb. xanlarını Gәncәdә görüşә dәvәt etdi. Gәncәyә gәlәn Qarabağlı Pәnahәli xan, İrәvanlı Hüseynәli xan, Naxçıvanlı Heydәr qulu xan, Qaradağlı Qasım xan vә Gәncәli Şahverdi xan gürcü hakimlәri tәrәfindәn xaincәsinә әsir alındılar. Bunu eşidәn H.Ç.x. Şәmkir yaxınlığında Teymuraz vә II İraklini mәğlubiyyәtә uğradaraq keçmiş rәqiblәrini azad etdi. Bu qәlәbә Qazax vә Borçalıda H.Ç.x.-ın hakimiyyәtini tәmin etdi (onların idarәçiliyini oğlu Ağakişiyә tapşırdı), II İraklinin Azәrb. torpaqlarını istila etmәsi tәhlükәsini aradan qaldırdı. 1755 ildә H.Ç.x. qubalı Hüseynәli xanla toqquşdu vә hәmin döyüşdә şәkililәr mәğlubiyyәtә uğradılar. H.Ç.x. xanlığın iqtisadi qüdrәtini möhkәmlәtmәk mәqsәdilә vergi sistemini nizama salmış, çoxlu ictimai bina (mәdrәsә, mәscid, hamam vә s.) tikdirmiş, bir sıra abadlıq işlәri aparmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU