HACI HƏSƏN EVİ – İrәvan xanlığının Zәngibasar mahalında (31.12.1937 ildәn Zәngibasar, 14.1.1969 ildәn Masis r-nu) azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә Rusiya-İran vә Rusiya-Türkiyә müharibәlәri zamanı böyük dağıntılara mәruz qalsa da sonralar yenidәn mәskunlaşdırılmışdır. 20 әsrin әvvәllәrindә ermәni quldurları tәrәfindәn azәrb.-lar buradan tamamilә qovulmuşdur.










