HACI HÜSÜ Niftalı oğlu (tәqr. 1830, Şuşa – 1898, Aşqabad) – Azәrb. xanәndәsi, Azәrb. xanәndәlik sәnәtinin әn görkәmli nümayәndәlәrindәn biri. İlk musiqi tәhsilini Şuşada Xarrat Qulunun mәktәbindә almışdır. Güclü vә mәlahәtli sәsi olan H.H. klassik muğam vә tәsniflәrә dәrindәn bәlәd olmuşdur. O, M.M.Nәvvabla birgә Şuşada 1880-ci illәrdә Musiqiçilәr cәmiyyәtinin әsasını qoymuş, Xarrat Qulunun ölümündәn (1883) sonra gәnc xanәndәlәr yetişdirmәk mәqsәdilә “Xanәndәlәr mәclisi”ni yaratmışdır. Rast, Şur, Mahur muğamlarına yeni guşә vә xallar әlavә etmiş, “iki muğamı birlәşdirmәklә Kürd-Şahnaz muğamını, hәmşinin bәzi mәlumatlara görә, Qatar muğamını yaratmışdır. H.H. bütün Qafqazda vә Yaxın Şәrqdә geniş şöhrәt qazanmışdı.











