HACI İLYAS (ermәni mәnbәlәrindә Hacı Eylaz), İ p ә k l i – İrәvan xanlığının Zәngibasar mahalında (31.12.1937 ildәn Zәngibasar, 14.1.1969 ildәn Masis r-nu), Zәngi çayı yaxınlığında azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak hücumları zamanı kәnd dağıdılmış, әhalisi Arazı keçib Türkiyә әrazisinә sığınmışdır. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri dönәn qaçqın әhali bir müddәt burada Türkiyәdәn köçürülmüş ermәnilәrlә birlikdә yaşamışdır. 1948–49 illәrdә kәndin bütün azәrb. әhalisi Azәrb.-ın Sabirabad r-nuna deportasiya olunmuşlar. 1953 ildәn sonra geri dönәnlәr doğma kәndlәrinә buraxılmamış, r-nun müxtәlif azәrb. kәndlәrindә mәskunlaşmağa mәcbur olmuşlar. Sovet dövründә kәndin adı dәyişdirilәrәk әvvәlcә İpәkli, 4.4.1946 ildә Masis, 25.1. 1978 ildә isә Darakert qoyulmuşdur.










