HACI QARA – İrәvan xanlığının Karbibasar mahalında (9.9.1930 ildәn Vağarşabad, 12.3.1945 ildәn Eçmiәdzin r-nu), Abaran çayı kәnarında azәrb.-ların yaşadığı kәnd. 1828 ilә qәdәr kәnddә ancaq azәrb.-lar yaşamışdır; Türkmәnçay müqavilәsindәn sonra burada İranın Xoy vil.-ndәn köçürülmüş ermәnilәr dә yerlәşdirilmişdir. 19 әsrin ortalarında kәndin azәrb. әhalisi sıxışdırılıb çıxarılmışdır. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk Aygeşad qoyulmuşdur.










