HACI MURAD [1810-cu illәr, Avar xanlığı, Xunzax aili (indiki Dağıstan Resp., Xunzax k.) – 23.4.(5.5.)1852, keçmiş Dayıkәnd k. yaxınlığında, indiki Azәrb. Resp.Qax r-nu әrazisindә) – Şimali Qafqaz hәrbi vә siyasi xadimi. Avar uzdenlәri ailәsindәndir. I Sultan Əhmәdxanın ailәsindә onun oğlanlarının süd qardaşı kimi tәrbiyә almışdır. Xunzaxı imam Qazı Mәhәmmәdin müridlәrindәn müdafiә (1830) etmişdir. 1834 ildә ail imam Hәmzәt bәyin dәstәlәri tәrәfindәn alındıqdan sonra qardaşı Osmanla Hәmzәt bәyә qarşı sui-qәsd tәşkil etmiş vә onu öldürmüşdür. Bir müddәt Avar xanlığını idarә etmişdir. Şeyx Şamillә gizli әlaqәdә tәqsirlәndirilәrәk 1840 ildә hәbs edilmiş, hәbsdәn qaçdıqdan sonra Şamilin әn yaxın silahdaşlarından olmuşdur. Avarıstan Şeyx Şamilin imamlığına daxil edildikdәn sonra oranın naibi idi. Qafqaz müharibәsi (1817–64) zamanı, o cümlәdәn Dargin ekspedisi yasında (1845), Şamilin Kabardaya yürüşündә (1846), Saltı ailin müdafiәsindә (1847), Qafqazda Rusiya ali komandanlığının yerlәşdiyi Temir-XanŞuraya cәsarәtli hücumda (1849) Rusiya qoşunlarına qarşı vuruşan dağlı dәstәlәrinә rәhbәrlik etmişdir. İmamlıqda hakimiyyәtә әsas namizәdlәrdәn biri olması onu Şeyx Şamillә münaqişәyә gәtirib çıxardı. Şeyx Şamil tәrәfindәn hәrbi әmәliyyatların uğursuzluğunda günahlandırılaraq naib vәzifәsindәn uzaqlaşdırıldı. 1851 ildә Çeçenistana qaçaraq rusların tәrәfinә keçdi. H.M.-ın ailәsi Şeyx Şamil tәrәfindәn әsir alındı. Onun imamlığın idarә sistemi, silahlı qüvvәlәri, maliyyә vәsaitlәri vә s.-ә dair ruslara verdiyi mәlumatlar rus qoşunlarının imamlığa qarşı 1850-ci illәrdә apardığı hәrbi әmәliyyatlara uğur qazandırdı. 1851 il dekabrın әvvәlindә H.M. Tiflisә gәtirildi. Şeyx Şamilin yanında әsirlikdә qalan ailәsini xilas etmәyә ümidini itirdikdәn sonra o, ibadәtlә mәşğul olmaq üçün Nuxada (Şәkidә) yaşamağa icazә aldı. 1852 ilin yazında Nuxadan qaçan H.M. çar әsgәrlәri ilә vuruşmada öldürülmüş, başı kәsilib Peterburqa göndәrilmişdi. H.M.-ın ailәsi Kazana sürgün olunmuşdu. 1914 ildә nәvәsi (qızının qızı) Azәrb.-a gәlәrәk onun qәbrinin tәxmini yerini müәyyәnlәşdirib başdaşı (Milli Azәrb. Tarixi Muzeyindә saxlanılır) qoydurmuşdu. 1957 ildә Azәrb. arxeoloqları Qax r-nunun Tanqıt k. yaxınlığında H.M.-ın qәbrinin dәqiq yerini müәyyәn etmişlәr. Qafqazda H.M. haqqında müxtәlif rәvayәtlәr var. L.N.Tolstoyun “Hacı Murad” povesti (ilk dәfә 1912 ildә nәşr edilmişdir) onun hәyatının son dövrünә hәsr olunmuşdur. 1930 ildә Almaniyada H.M. haqqında “Ağ iblis”, 1959 ildә İtaliya vә Yuqoslaviyanın birgә istehsalı olan “Hacı Murad – Ağ iblis”, 1968 ildә isә Türkiyәdә “Haci Murad geliyor” adlı bәdii film çәkilmişdir. 2012 ildә Xunzaxda vә Mahaçqalada H.M.-a vә L.Tolstoya birgә abidә qoyulmuşdur. 2015 ildә Rusiyada R.İvanovun “Hacı Murad haqqında hәqiqәt” adlı kitabı nәşr edilmişdir.











