HACI RAMAZAN PİRİ, Ş e y x Ə h m ә d ә f ә n d i p i r i – Zaqatala r-nunun Tala k.-n dәki qәbiristanlıqda türbә ziyarәtgah. Yan tәrәflәri açıq, üstü gün bәzli türbәnin içәrisindәki mәzarda, әrәb qrafikası ilә yazılmış kitabәdә göstәrildiyi kimi, 1890 (hicri 1308) ildә vәfat etmiş Əli oğlu Hacı Ramazan dәfn edilmişdir. Ehtimal ki, mәzarın yerindә Hacı Ramazanın ulu babası sufi şeyxi Əhmәd әfәndinin zaviyәsi olmuşdur. Oğuz r-nunun Padar (1907 ildә vәfat etmiş Hacı Əbdüssәlam әfәndinin mәqbәrәsi) vә Vardanlı (bax Baba Hәlim piri) kәndlәrindә Şeyx Əhmәdin müridlәrinin türbәlәri var.
Əd.: M ә ş ә d i x a n ı m N e m ә t. Azәrbaycanda pirlәr. B., 1992.










