HACI ZEYNALABDİN (1991 ilәdәk Nasoslu) – Azәrb. Resp. Sumqayıt ş. tabeliyindә qәs. Hacı Zeynalabdin ә.d.-nin mәrkәzi. Sumqayıt ş.-ndәn 10 km şm.-q.-dә, Xәzәr dәnizi sahilindәdir. Əh. 23,5 min (2019). 4 tam orta mәktәb, incәsәnәt mәktәbi, 5 uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, xәstәxana, poliklinika, tibb mәntәqәsi var. Qәs. әrazisindә ilk yaşayış mәskәni Qumlutәpә deyilәn yerdә salınmış Kiçik Pirәkәşkül olmuşdur. Qәs.-nin salınması H.Z.Tağıyevin tәşәbbüsü ilә Bakı-Şollar su kәmәrinin çәkilişi (1907–16) ilә bağlıdır. Hәmin әraziyә içmәli su öz axarı ilә gәlsә dә, suyun Bakıya ötürülmәsi mәqsәdilә burada 1911 ildә Almaniyadan gәtirilmiş nasoslar quraşdırılmışdır. Bu sәbәbdәn qәs. uzun müddәt Nasoslu adlandırılmış, sonra isә ona H.Z. Tağıyevin adı verilmişdir.










