HACIALILI (keçmiş adı Hacallı) – Azәrb. Resp. Qәbәlә r-nunda kәnd. Hacıalılı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 22 km c.-q.-dә, Qәbәlә–Ağdaş avtomobil yolu kәnarında, Ərәş düzündәdir. Əh. 1702 (2019); heyvandarlıq vә taxılçılıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, yaradıcılıq evi, hәkim mәntәqәsi, baytarlıq mәntәqәsi, poçt vә ATS; arxeoloji abidәlәrdәn Erkәn Tunc dövrünә aid kurqan, antik dövrә aid qәbiristan vә erkәn orta әsrlәrә aid Kilsәdağ mәbәdi var.










