HACIALILI – Azәrb. Resp. Samux r-nunda kәnd. Hacıalılı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 6 km şm.-ş.-dә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 1146 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, klub, tibb mәntәqәsi, idman meydançası (kiçik hәcmli); qәbiristanlıq (tәxminәn 18 әsr) var. “Azәraqrar Dövlәt İstehsalat vә Emal” MMC fәaliyyәt göstәrir.










