HACIBABABƏYOV Qasım bәy (1811, Şamaxı – 1874, Şamaxı) – Azәrb. memarı. 1848–56 illәrdә Şamaxıda quberniya memarının kömәkçisi, 1856 ildәn quberniya memarı işlәmişdir. Şamaxının yenidәn qurulmasının baş planını (1858–59) hazırlamış, burada Azәrb.-da ilk teatr binasını (1858) tikmişdir. Şamaxıdakı tikililәrindәn hamamlar (1866–70), “Tәzә mәscid” (1870), Cümә mәscidi (yenidәn qurma, 1870) vә s. seçilir. 1860-cı illәrdә hәmçinin Bakının planlaşdırılması vә abadlaşdırılması sahәsindә fәaliyyәt göstәrmişdir. H.-un layihәsinә әsasәn Bakıda dәniz kәnarı (keçmiş Sahil küçәsi) abadlaşdırılmış (1860–61; su kәmәri, fәvvarәlәr vә s.), yaşayış binaları tikilmiş (1870-ci illәr), ilk şәhәr meydanı (“Parapet”, 1868; indiki “Fәvvarәlәr meydanı”) salınmış vә әtrafında müxtәlif tәyinatlı binalar (1860–70) inşa edilmişdir. Müq. Anna ordeni ilә tәltif olunmuşdur.











