HACIBABABƏYOVA Rәhilә İbrahim qızı (avqust, 1882, Tiflis – 1954, Bakı) – Azәrb.-ın ilk maarifpәrvәr qadınlarından biri. Tiflisdә “Müqәddәs Nina” mәktәbini bitirmiş, Bakıdakı Aleksandra rus-Azәrb. qız mәktәbindә pedaqoji fәaliyyәtә (1902) başlamışdır. H.-nın tәşәbbüsü ilә Bakıda azәrb. qızlar üçün ikisinifli mәktәb (1910, 1914 ildәn ali ibtidai mәktәb) açılmışdır. H. hәmin mәktәbin müdiri işlәmişdir. Valideynlәrini itirmiş uşaqlara, yoxsul ailәlәrә yardım etmәk mәqsәdilә Bakı Müsәlman Qadın Xeyriyyә Cәmiyyәtini tәşkil etmiş (1914), sәdrin müavini olmuşdur. Resp. maarif işçilәri hәmkarlar ittifaqı mәrkәzi şurasının üzvü (1925), Azәrb.-ın fәhlә vә kәndli qadınlar qurultayının nümayәndәsi (1927) seçilmişdir.











