HACIBƏDƏLLİ – Azәrb. Resp. Ağcabәdi r-nunda kәnd. Hacıbәdәlli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 9 km q.-dә, Qarabağ düzündәdir. Əh. 3640 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, musiqi mәktәbi, 2 uşaq bağçası, 2 kitabxana, folklor evi, poçt, tibb mәntәqәsi, ATS var. Yaşayış mәskәni oğuzların kәbirli tayfasının hacıbәdәlli tirәsinә mәxsus qışlaq yerindә yaranmışdır. Kәndin c.-ş. tәrәfindә Tunc dövrünә aid kurqanlar var.










