HACIBƏY LİMANI – Qara dәnizin şm.- q. hissәsindә, Ukraynada körfәz; Kiçik Kuyalnik çayının mәnsәbindә, Odessa ş. yaxınlığındadır. Uz. tәqr. 31 km, eni 2,5 km, dәrinliyi 2,5 km-әdәkdir. Dәnizdәn eni 4,5 km olan qum-qabıq әhәngdaşı tәpәsi ilә ayrılır. Dibindәki palçıqdan müalicә mәqsәdi ilә (Hacıbәy kurortunda) istifadә edilir.










