HACIBƏYLİ (H a c ı b ә y o v) Üzeyir Ədbül hüseyn oğlu (18.9.1885, Şuşa qәzasının Ağcabәdi k. – 23.11.1948, Bakı) – Azәrb. bәs tәkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә ictimai xadim. Müasir Azәrb. professional musiqisinin vә milli operasının banisi. Şәrqdә ilk operanın yaradıcısı. SSRİ xalq artisti (1938), Azәrb. SSR EA-nın hәqiqi üzvü (1945), prof. (1940). SSRİ Dövlәt mükafatı laureatı (1941, 1946). Azәrb. Bәstәkarlar İttifaqının sәdri (1938–48), Azәrb. Dövlәt Konservatoriyasının rektoru (1928–29; 1939–48), Azәrb. SSR EA İncәsәnәt İntunun direktoru (1945–48) olmuşdur. H. Ağcabәdidә kәnd mirzәsi ailәsindә doğulmuş, valideynlәri Şuşaya köçdükdәn sonra ilk tәhsilini buradakı ikisinifli rus- Azәrb. mәktәbindә almışdır. Şuşanın zәngin musiqi-ifaçılıq әnәnәlәri H.-nin musiqi tәrbiyәsinә müstәsna tәsir göstәrmişdir. Onun ilk musiqi müәllimi Azәrb. xalq musuqusinin gözәl bilicisi, dayısı A.Əliverdibәyov olmuşdur. H. 1897–98 illәrdә Ə.Haqverdiyevin rәhbәrliyi vә Cabbar Qaryağdıoğlunun ifası ilә Şuşada göstәrilәn “Mәcnun Leylinin mәzarı üstündә” sәhnәciyindә xorda iştirak etmişdi. 1899–1904 illәrdә tәhsil aldığı Qori müәllimlәr seminariyası onun dünya görüşünün formaşalmasında böyük rol oynamışdır. Seminariyada rus vә Qәrbi Avropa musiqi klassiklәrinin әsәrlәrini mәnimsәmiş, violin vә baritonda çalmağı öyrәnmiş, bir neçә xalq mahnısını nota köçürmüşdür. 1904 ildә Cәbrayıl qәzasının Hadrut k.-ndә müәllim işlәmişdir. H. 1905 ildә Bakıya köçmüş, Bibiheybәtdә, sonralar isә “Sәadәt” mәktәbindә dәrs demiş, 1907 ildә Azәrb. dilindә “Hesab mәsәlәlәri” vә “Mәtbuatda istifadә olunan siyasi, hüquqi, iqtisadi vә әsgәri sözlәrin türki-rusi vә rusi-türki lüğәti”ni nәşr etdirmişdir. 1912 ildә musiqi tәhsilini artırmaq mәqsәdilә Moskvaya getmiş, hәmin il oradakı Filarmonik cәmiyyәtin musiqi kurslarında, 1913 ildә isә Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü bәstәkarın yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal alan” musiqili komediyasını burada yaratmışdır. Lakin Birinci dünya müharibәsinin (1914– 18) başlanması vә maddi çәtinliklәr sәbәbindәn H. tәhsilini yarımçıq qoymuş vә Bakıya qayıtmışdır. H. bәdii yaradıcılığa publisistika ilә başlamışdır. O, “İttihad”, “Kaspi”, “Hәyat”, “İrşad”, “Tәrәqqi”, “Hәqiqәt”, “İqbal”, “Yeni iqbal” qәzetlәrindә vә “Molla Nәsrәddin” jurnalında “Ü”, “Filankәs”, “Behmankәs” vә s. imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik mәsәlәlәrinә dair çoxlu mәqalә, felyeton vә satirik miniatürlәr dәrc etdirmiş, N.V.Qoqolun “Şinel” povestini Azәrb. dilinә tәrcümә etmiş, “Qarabağın keçmiş günlәrindәn”, “Ata vә oğul”, “Quyruqlu ulduz” vә s. hekayәlәri yazmışdır. 1918–20 illәrdә Azәrbaycan Xalq Cümhuriyyәtinin rәsmi orqanı “Azәrbaycan” qәzetindә fәaliyyәt göstәrmişdir. Onun bu illәrdәki fәal әdәbi yaradıcılığı mәhz bu qәzetlә bağlı olmuşdur. H.-nin ilk musiqi әsәri “Leyli vә Mәcnun” operası olmuşdur. 1908 il yanvarın 12 (25)-dә Bakıda H.Z.Tağıyevin teatrında göstәrilәn bu opera ilә tәkcә Azәrb.-da deyil, bütün müsәlman Şәrqindә opera sәnәtinin әsası qoyulmuşdur. Bәstәkar operanın librettosunu M.Füzulinin eyniadlı poeması әsasında özü yazmışdır. 1909–15 illәrdә bir-birinin ardınca “Şeyx Sәnan” (1909), “Rüstәm vә Söhrab” (1910), “Şah Abbas vә Xurşud banu” (1912), “Əsli vә Kәrәm” (1912), “Harun vә Leyla” (1915) muğam operalarını bәstәlәmişdir. Bu operaların librettolarını H. xalq dastanları vә rәvayәtlәri, Firdövsinin “Şahnamә” әsәrinin motivlәri әsasında yazmışdır. Xalq dastanı әsasında bәstәlәdiyi “Əsli vә Kәrәm” operasında muğamla bәrabәr, aşıq musiqisindәn dә istifadә etmişdir. H. Azәrb.-da musiqili komediya janrının yaradıcısıdır (komediyaların mәtnini dә özü yazmışdır). Onun “Ər vә arvad” (1910), “O olmasın, bu olsun” (1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında o dövr Azәrb. mәişәti, xalq adәt-әnәnәlәri әksini tapmışdır. H.-nin Azәrb. teatr sәnәtinin inkişafında da mühüm xidmәtlәri olmuşdur. Üzeyir vә Zülfüqar Hacıbәyli qardaşlarının 1916 ildә yaratdıqları “Hacıbәyli qardaşlarının operaoperetta artistlәri dәstәsi” Azәrb. Xalq Cümhuriyyәti dövründә xüsusilә coşğun fәaliyyәt göstәrmişdir. Dövrünün müqtәdir aktyor vә rej.-larını әtrafında toplayan truppa hәftәdә üç tamaşa – növbә ilә dram, komediya, opera vә operetta tamaşaları göstәrmişdir. 20 әsrin 20-ci illәri Azәrb. musiqi tarixinә “tәşkilatçılıq” illәri kimi daxil olmuş vә bu tәşkilati işlәrin başında H. durmuşdur. O, 1921 ildә Bakıda azәrb. tәlәbәlәr üçün ilk musiqi mәktәbini – Azәrb. Dövlәt Türk Musiqi Mәktәbini (sonralar texnikum) tәşkil etmişdir; texnikum (ilk direktoru H. olmuşdur) 1926 ildә Azәrb. Dövlәt Konservatoriyası ilә birlәşdirilmişdir. 1926 ildәn Azәrb. Dövlәt Konservatoriyasında fәaliyyәt göstәrәn H. burada nәzәriyyә, harmoniya, Azәrb. musiqisinin әsasları fәnlәrindәn dәrs demiş, konservatoriya yanında ilk çoxsәsli Azәrb. xor kollektivini yaratmışdır. Bu xor tezliklә dağılsa da, H.-nin tәşәbbüsü ilә 1936 ildә Azәrb. Dövlәt Filarmoniyası yanında yenidәn tәşkil olunmuşdur. O, 1927 ildә M.Maqomayevlә birgә ilk “Azәrbaycan türk el nәğmәlәri” mәcmuәsini nәşr etdirmişdir. H. 1931 ildә Azәrb. Radio Komitәsi yanında ilk notlu xalq çalğı alәtlәri orkestrini tәşkil etmişdir. Orkestrin repertuarına M.Qlinka, V.Motsart, F.Şubert, J.Bize vә b.-nın әsәrlәri ilә yanaşı, bәstәkarın bu orkestr üçün 1931–32 illәrdә bәstәlәdiyi 1-ci (“Çahargah”) vә 2-ci (“Şur”) fantaziyaları da daxil idi. İlk vaxtlar ork.-ә H. özü dirijorluq etmişdir. H.-nin kamera-instrumental әsәrlәri içәrisindә violin, violonçel vә ork. üçün bәstәlәdiyi “Aşıqsa yağı” (1931) triosu Azәrb. musiqisindә ilk ansambl pyeslәrindәndir. Bәstәkar 30-cu illәrdә bir neçә kantata [Firdövsinin 1000 illiyinә (1934), M.F.Axundzadәyә hәsr olunmuş “Ölmәz sәnәtkar” (1938) vә s.] da yazmışdır. 1937 il aprelin 30-da Azәrb. Opera vә Balet Teatrında H.-nin “Koroğlu” operasının ilk tamaşası olmuşdur (“Koroğlu” dastanının motivlәri әsasında; librettosu H.İsmayılov vә M.S.Ordubadinindir). Azәrb., elәcә dә dünya opera sәnәtinin incilәrindәn olan bu әsәrdә bәstәkar ilk dәfә klassik opera formasına riayәt edәrәk, bitkin ariyalar, kütlәvi xor sәhnәlәri, müxtәlif ansambllar, balet nömrәlәri, reçitativlәr yaratmışdır. Operanın musiqi drama turgiyasının әsasını monumental xor sәhnәlәri tәşkil edir. Koroğlu xalq qәhrәmanı olmaqla yanaşı, hәm dә aşıqdır. Mәhz buna görә dә opera, әsas etibarilә, aşıq musiqisi üslubunda bәstәlәnmişdir. H. “Koroğlu” operasında simfonik ork.-in tәrkibinә Azәrb. xalq musiqi alәtlәrini daxil etmәklә tamaşada milli ruhun daha güclü ifadәsinә nail olmuşdur. H. Böyük Vәtәn müharibәsi illәrindә “Çağırış”, “Yaxşı yol”, “Ananın oğluna nәsihәti”, “Şәfqәt bacısı”, “Döyüşçülәr marşı” vә s. vәtәnpәrvәr ruhlu mahnılar, elәcә dә xalq çalğı alәtlәri ork. üçün “Cәngi” (1941) pyesini, “Vәtәn vә cәbhә” (1942) kantatasını bәstәlәmişdir. Onun bu illәrdә yaratdığı vokal musiqi әsәrlәri içәrisindә N.Gәncәvinin anadan olmasının 800 illiyinә hәsr etdiyi “Sәnsiz” (1941) vә “Sevgili canan” (1943) romans-qәzәllәri xüsusi yer tutur. H. hәyatının son illәrindә “Firuzә” operası üzәrindә işlәmiş, lakin tamamlaya bilmәmişdir. H. Azәrb. SSR Dövlәt Himninin (1945) vә Azәrb. Resp. Dövlәt Himninin (1919 ildә yazılmış, 27 may 1992 ildә rәsmәn qәbul olunmuşdur) musiqisinin müәllifidir. H. Azәrb. musiqisindә köklü dönüş yaratmış dahi bәsәtkardır. O, 19 әsrin әvvәllәrinәdәk şifahi xalq musiqi sәnәti şәklindә mövcud olan Azәrb. milli musiqisini Qәrbi Avropa, rus bәstәkarlıq mәktәblәrinin nailiyyәtlәri, forma vә janrları ilә zәnginlәşdirmiş, öz opera vә musiqili komediyalarında, elәcә dә digәr janrlarda yazdığı әsәrlәrindә Şәrq vә Qәrb musiqi sistemlәrinin üzvi vәhdәtini yaratmağa nail olmuşdur. H. tәkcә Azәrb. musiqisinin deyil, bütövlükdә Şәrq musiqisinin gәlәcәk inkişaf perspektivlәrini, estetik prinsiplәrini müәyyәnlәşdirmişdir. O, hәm dә böyük musiqişünas alim idi. H. müasir Azәrb. elmi musiqişünaslığının әsasını qoymuş, musiqiyә dair çoxlu mәqalәlәr yazmış, tәdqiqatlar aparmişdır. “Azәrbaycan xalq musiqisinin әsasları” (1945) fundamental әsәrindә o, xalq musiqisinin nümunә vә formalarının dәrin tәhlilinә әsaslanaraq, qәdim tarixә malik Azәrb. musiqisinin qanuna uyğunluqlarını, milli xüsusiyyәtlәrini göstәrmişdir. Bәstәkar irәli sürdüyü nәzәri müddәaların praktik hәllini öz yaradıcılığında vermişdir (Azәrb. musiqisindә çox sәsliliyin geniş tәtbiqi, milli mәqam әsası ilә major-minor sisteminin üzvi vәhdәti vә s.). H. istedadlı bәstәkarlar, musiqişünaslar, ifaçılar nәsli yetişdirmişdir. Q.Qarayev, H.Xanmәmmәdov, Ə.Abbasov, A.Rzayeva, H.Nәcәfova, Ə.Hüseynzadә, Ş.Axundova, Niyazi, F.Əmirov, S.Hacıbәyov vә b. onun tәlәbәlәri olmuşlar. D.Şostakoviç, Q.Qarayev kimi görkәmli musiqi xadimlәri H.-nin sәnәtkarlığından bәhs edәrkәn onu Azәrb. vә elәcә dә başqa xalqların musiqisinin gәlәcәk inkişafına böyük tәsir göstәrәn bәstәkar kimi qiymәtlәndirmişlәr. Tanınmış rus bәstәkarı T.Xrennikov onu “professional Şәrq musiqisinin atası” adlandırmışdır. H.-nin 1913 il oktyabrın 25-dә tamaşaya qoyulan “Arşın mal alan” operettasının müstәsna zәngin sәhnә hәyatı vardır. Operetta dünyanın 67 dilinә tәrcümә olunaraq, 50-dәn çox ölkәdә 120-yә yaxın teatr sәhnәsindә oynanılmışdır. Əsәr 2006 ildә Vyanada, 2010 ildә H.-nin 125 illik yubiley proqramı çәrçivәsindә Pekin, Ankara, Moskva, Minsk, Samsun vә digәr şәhәrlәrdә tamaşaya qoyulmuşdur. 2013 ildә Los-Ancelesdә (ingilis dilindә), hәmin ildә Paris vә Stras burqda TÜRKSOY-un hazırladığı tamaşa göstәrilmişdir. “O olmasın, bu olsun” musiqili komediyası Dağıstan, Orta Asiya, Türkiyә, Bolqarıstan, İran vә Yәmәndә, “Koroğlu” operası isә Aşqabadda (1939, türkmәn dilindә), Daşkәnddә (1950, özbәk dilindә) sәhnәyә qoyulmuşdur. H.-nin “Arşın mal alan” musiqili komediyası 1916 ildә (rej. B.Svetlov, sәssiz film), 1917 ildә (rej. Q.Belyakov; müәllifini qane etmәdiyinә görә cәmi 2 gün nümayiş etdirilmiş film H.-nin tәkidi ilә ekrandan çıxarılmışdır, 1937 ildә (“ermәni әnәnsinә” sadiq qalan ABŞ rej. R.Mamulyanın filmindә H.-nin adı göstәrilmәmişdi), 1945 ildә (rej.-lar R.Tәhmasib, N.Leşşenko) vә 1965 ildә (rej. T.Tağızadә), “O olmasın, bu olsun” isә 1956 ildә (rej. H.Seyidzadә) ekranlaşdırılmışdır. “Arşın mal alan” (1945) filminin başda H. olmaqla bir qrup yaradıcısı (rej. R.Tәhmasib, aktyorlar R.Behbudov, L.Bәdirbәyli, Ə.Hüseynzadә, M.Kәlәntәrli, L.Abdullayev) SSRİ Dövlәt mükafatına layiq görülmüşdür. H. SSRİ Ali Sovetinin (1-ci vә 2-ci çağırış) deputatı olmuş, Lenin ordeni, Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir. Azәrb. Dövlәt Konservatoriyasına (1949) vә Azәrb. Dövlәt Simfonik Orkestrinә (1944) H.-nin adı verilmişdir. Bakı vә resp.-nın digәr şәhәrlәrindә bәstәkarın ad. küçә var; Şuşada (1965) vә Bakıda (1975) ev-muzeylәri açılmışdır. Bakıda (1960; heykәltәraş T.Mәmmәdov) vә Şuşada (1985; heykәltәraş Ə.Salikov; misilsiz ermәni vandalizminә mәruz qalmış bu heykәl böyük çәtinliklәrlә Bakıya gәtirilmişdir) heykәli ucaldılmışdır. 1966–70 illәrdә H. ad. Respublika mükafatı verilmişdir. F.Əmirov violinlәr, violon çel vә 2 fp. Üçün “Üzeyir Hacıbәyova ithaf” (1949) poemasını yazmışdır. “Azәrbaycanfilm” kinostudiyasında 2 seriyalı “Üzeyir Hacıbәyov. Uzun ömrün akkordları” (1982; ssenari müәllifi vә quruluşçu rej. Anar) rәngli bәdii televiziya filmi çәkilmişdir. 1983–85 illәrdә H.-nin musiqi әsәrlәrinin akademik nәşrinin 1-ci – 3-cü cildlәri (“Leyli vә Mәcnun” operasının partiturası vә klaviri, “Koroğlu” operasının 1-ci pәrdәsinin partiturası”) çap olunmuşdur. 1996 ildә “Üzeyir Hacıbәyov Ensiklopediyası” nәşr edilmişdir. Azәrb. vә dünya musiqi mәdәniyyәtinin inkişafında misilsiz xidmәtlәri olan H.-nin anadan olmasının 100 illik yubileyi böyük tәntәnә ilә keçirilmiş, Bakı, Moskva, S.- Peterburq, Tbilisi vә s. şәhәrlәrdә yubiley gecәlәri tәşkil olunmuşdur. H.-nin anadan olmasının 100 illik yubileyi YUNESKOnun görkәmli şәxsiyyәtlәrin ildönümü, o cümlәdәn 1985 ilin mühüm hadisәlәri tәqviminә әsasәn beynәlxalq miqyasda da qeyd edilmişdir. Azәrb. Resp. Prezidentinin sәrәncamına әsasәn vә YUNESKO-nun qәrarı ilә 2008 ildә “Leyli vә Mәcnun” operasının yaranmasının 100 illik yubileyi dә geniş qeyd edilmişdir. Opera yarandığı tarixdәn bu günәdәk 20 min dәfәdәn çox tamaşaya qoyulmuşdur. 2008 ildә Qәtәrin paytaxtında Yo-Yo Manın ansamblının ifasında Qәrb vә Şәrq musiqiçilәrinin iştirakı ilә “Leyli vә Mәcnun” operasının multimediya aranjimanının dünya premyerası olmuş, hәmçinin 2010 ildә “İpәk yolu” layihәsi üzrә Yo-Yo Manın konsert proqramının bir hissәsini tәşkil etmişdir. 2006 ildә Vyanada, 2011 ildә Serbiyanın Novi-Sad ş.-ndә H.-nin büstü qoyulmuşdur. 2009 ildәn Azәrb.-da Beynәlxalq Ü.Hacıbәyli musiqi festivalı keçirilir. Azәrb.-da hәr il bәstәkarın anadan olduğu 18 sentyabr tarixi milli musiqi günü kimi qeyd olunur.

Ə s ә r l ә r i: Əsәrlәri. C. 1–4. B., 1964–68; Beş manat әhvalatı. Hekayәlәr vә miniatürlәr. B., 1974; Ordan-burdan. B., 1981; Azәrbaycan xalq musiqisinin әsasları (rus vә ingilis dillәrindә dә buraxılmışdır). B., 1985; Основы азербайджанской народной музыки. 2 изд. Б., 1957; О музыкальном искусстве Азербайджана. Б., 1966; Избр. произв. Б., 1985.
Əd.: Üzeyir Hacıbәyov. Biblioqrafik mәlumat. B., 1941; K ö ç ә r l i F. Üzeyir Hacıbәyovun ictimaisiyasi görüşlәri. B., 1965; Bәstәkarın xatirәsi. B., 1976; A b b a s o v A. Üzeyir Hacıbәyovun sәnәtkarlığı. B., 1976; A s l a n o v M. Üzeyir Hacıbәyov (gәnclik illәri). B., 1977; y e n ә o n u n, Üzeyir Hacıbәyov – jurnalist. B., 1985; Q u l i y e v C. Böyük humanist. B., 1981; R z a y e v A. Çağlayan bulaq, B., 1981; M ә m m ә d l i Q. Üzeyir Hacıbәyov. Hәyat vә yaradıcılığının salnamәsi. B., 1984. Q a s ı m o v a R. Üzeyir Hacıbәyovun komediyaları. B., 1983; С а ф а р о в а З., Музыкально-эстетические взгляды Узеира Гаджибекова. М., 1973; y e n ә o n u n, Üzeyir Hacıbәyov (rus, ingilis, fransız, әrәb, türk, fars dillәrindә dә buraxılmışdır). B., 1985; y e n ә o n u n, Üzeyir Hacıbәyovun yaradıcılığında nәzәri vә estetik problemlәr. B., 1985; y e n ә o n u n, Türk dünyasının muzik yıldızı Uzeyir Hacıbәyli. Ankara, 2016; Yazıçı, alim, bәstәkar vә incәsәnәt xadimlәri Üzeyir Hacıbәyov haqqında. B., 1985; M ә m m ә d l i Q., Q u l i y e v R. Üzeyir Hacıbәyov, B., 1985; В и н о г р а д о в В., Узеир Гаджибеков и азербайджанская музыка. М., 1938; y e n ә o n u n, Узеир Гаджи беков. М. 1947; К а с и м о в К. Узеир Гаджибеков. Б., 1945; К о р е в С. Узеир Гаджибеков и его оперы. М., 1952; А г а е в а Х. Узеир Гаджибеков, Б., 1955; М е л и к о в Х. “Аршын мал алан” Узеира Гаджибекова. Б., 1955; y e n ә o n u n, Особенности стиля и драматургии музыкальных комедий Узеира Гаджибекова. Б., 1963; А б б а с о в А. Узеир Гаджибеков и его опера “Кероглы”. Б., 1956; А б а с о в а Э., Опера “Лейли и Меджнун” Узеира Гаджибекова, Б., 1960; y e n ә o n u n, Оперы и музыкальные комедии Узеира Гаджибекова. Б., 1961; y e n ә o n u n, Узеир Гаджибеков. Б., 1975; y e n ә o n u n, Узеир Гаджибеков. Путь жизни и творчества, Б., 1985; Узеир Гаджибеков. Библиография. Б.,










