HACIBƏYOV Mübariz Qafarşah oğlu (d.11.1.1971, Gәncә ş.) – Azәrb. riyaziyyatçısı, riyaziyyat e.d. (2018). BDU-nu bitirmişdir (1993). AMEA Riyaziyyat vә Mexanika İn-tunun nәzdindәki XKB-dә mühәndis (1993–97) vә AMEA Geologiya İn-tunda mühәndis-proqramçı vәzifәlәrindә çalışmışdır (1997–2002). AMEA Riyaziyyat vә Mexanika İn-tunda elmi işçi (2005 – 2006), Milli Aviasiya Akademiyasınin “Ali riyaziyyat” kafedrasında baş müәllim (2006–09) işlәmiş vә 2009 ildәn hәmin kafedrada dosent vәzifәsindә çalışır. Tәdqiqatları bürünmә tip inteqral operatorların araşdırılmasına aiddir. 50-dәn artıq elmi әsәrin müәllifidir.










