HACIƏLİZADƏ (A c a l o v) Sәmәd Mәmmәd oğlu (25.4.1876–10.1.1969, Bakı) – Azәrb. müәllimi, maarif vә tibb xadimi; tibb elmlәri namizәdi (1954). Qori seminariyasını (1895) vә Azәrb. Dövlәt Un-tini (1926) bitirmişdir. Azәrb. dilindә ilk riyaziyyat dәrsliklәrinin (“Rәhbәricәbr” vә “Cәbr mәsәlәlәri mәcmuәsi”, 1919) müәllifidir. Hesab, hәndәsә, coğrafiya, tәbiyyat dәrsliklәrini Azәrb. dilinә tәrcümә etmişdir. 30 il hәkim işlәmiş, brusellyoz xәstәliyinin klinikası vә müalicәsi sahәsindә tәdqiqat aparmışdır. Şifahi xalq әdәbiyyatının toplanması vә nәşri ilә dә mәşğul olmuşdur.










