HACIHƏTƏMLİ – Azәrb. Resp. İsmayıllı r-nunda kәnd. Hacıhәtәmli ә.d.-nin (Hacı hәtәmli, Gideyli, Kürd Eldarbәyli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 35 km c.-q.-dә, dağәtәyi әrazidәdir. Əh. 2684 (2019); әkinçilik, üzümçülük vә heyvandarlıqla mәşğuldur. Şәrab z-du, tam orta mәktәb, kitabxana, tibb mәntәqәsi, poçt, ATS var. 19 әsrin әvvәllәrindә Qubanın Haput k.-ndәn çıxmış maldar ailәlәr tәrәfindәn salınmış, onlara başçılıq edәn Hacı Hәtәmin adı ilә adlandırılmışdır. Kәndin әrazisindә Hacıhәtәmli nekropolu (e.ә. 4–3 әsrlәr), yaşayış yeri (e.ә. 3–1 әsrlәr) var.










