HACIHÜSEYNLİ (1992 ilәdәk Yelenovka) – Azәrb. Resp. Quba r-nunda kәnd. Hacıhüseynli ә.d.-nin (Gәnclәr qәs. vә Hacıhüseynli, Davudoba, Əlimәmmәdoba, Ərmәkiqışlaq, Hacıqaib, Küpçalqışlaq, Qımıl qışlaq, Mirzәqasım, Çaydüzü k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 28 km şm.-ş.-dә, Qusar maili düzәnliyindә, Samur-Abşeron kanalının sahilindәdir. Əh. 2100 (2019); әkinçilik, bağçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, poçt, tibb mәntәqәsi, ATS; mәscid, kilsә var.










