HACIXANLI – Azәrb. Resp. Laçın r-nunda kәnd. Hacıxanlı ә.d.-nin (Hacıxanlı, Budaqdәrә, Qovuşuq k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 67 km şm.-q.-dә, Şәl vә çayının sahilindә, dağlıq әrazidәdir. Əh. 788 (2020); işğaldan (1992, may) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 1 dekabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










