HACIİSAKƏND (gürc. Aciiskendi) – Gürc.-ın Kvemo Kartli mahalının Marneuli bәlәdiyyәsindә, tarixi Borçalı mahalı әrazisindә, Marneulidәn 13 km c.-ş.-dә, Alget çayının sahilindә, dәniz sәviyәsindәn 292 m yüksәklikdә azәrb.-ların yaşadığı kәnd. Kәnddә 1926 ildә 8 ailәdә 61 nәfәr, 2002 ildә 200 ailәdә 750 nәfәr әhali qeydә alınmışdır. İbtidai mәktәb var.










