HACIKƏND – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9.9.1930 ildәn Qarakilsә, 3.1.1935 ildәn Kirovakan, 1964 ildәn Quqark r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918–19 illәrdә kәnd ermәni tәcavüzünә mәruz qalaraq әhalisi qovulmuş, burada Türkiyәdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk Debed qoyulmuşdur.










