HACIKƏND – Azәrb. Resp. Gәncә şәhәrinin Kәpәz r-nunda ştq. Hacıkәnd ә.d.-nin (Hacıkәnd, Göygöl qәs.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 20 km c.-da, dağ әtәyi әrazidәdir. Əh. 489 (2019). Ümumi orta mәktәb, uşaq bağçası, kitabxana, mәdәniyyәt evi, tibb mәntәqәsi var. Kurort mәrkәzidir.










