Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HACIQABUL 
    HACIQABUL – Azәrb. Resp.-nda şәhәr (1938 ildәn). Hacıqabul r-nunun (1990 ildәn) mәrkәzi. Bakıdan 110 km aralı, Kür-Araz ovalığında, Şirvan düzündәdir. Avtomobil vә d.y.-ları qovşağı. Əh. 27,2 min (2019). Yerli әhalinin mәlumatına görә, “hacı” vә “qәbul” sözlәrinin birlәşmәsindәn әmәlә gәlmiş, hәcc ziyarәtindәn gәlәn hacıların qarşılanması ilә әlaqәdar yaşayış mәntәqәsi H. adlandırılmışdır. 1859 ildәn indiki şәhәrin әrazisindә poçt mәntәqәsi fәaliyyәt göstәrirdi. H. 1934 ildә qәsәbә, 1938 ildә şәhәr statusunu almışdır. 1939 ildә inqilabçı Qazımәmmәd Ağasıyevin şәrәfinә Qazımәmmәd adlandırılmış, hәmin ildә mәrkәzi Qazımәmmәd ş. olan eyniadlı rayon yaradılmışdır. 1959 ildә Qazımәmmәd r-nu lәğv edilmişdir. 1961 ildә keçirilәn inzibati bölgüyә әsasәn Qazımәmmәd ş. Əli Bayramlı (indiki Şirvan) r-nunun Qazımәmmәd şәhәr sovetinә daxil idi. 1963 ildә Əli Bayramlı şәhәr sovetinә tabe edilmişdi. 1990 ildә mәrkәzi Qazımәmmәd ş. olan Hacıqabul r-nu yaradılmışdır. 1999 ildә Azәrb. Resp.-n da keçirilmiş inzibati islahata әsasәn Hacıqabul r-nunun Qazımәmmәd bәlәdiyyәsi tәsis olunmuşdur. 2000 ildә şәhәrә tarixi adı qaytarılmışdır. Şәhәrdә 3 mәktәbәqәdәr tәhsil müәssisәsi, 10 tam orta mәktәb, uşaq-gәnclәr şahmat idman mәktәbi, uşaq-gәnclәr inkişaf mәrkәzi, uşaq musiqi mәktәbi; 5 şәhәr vә mәrkәzi kitabxana, Heydәr Əliyev mәrkәzi, tarix-diyarşünaslıq muzeyi, mәdәniyyәt mәrkәzi vә klub fәaliyyәt göstәrir.
    Heydәr Əliyev mәrkәzi. Hacıqabul.
    Hacıqabul Rayon İcra Hakimiyyәtinin binası.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU