HACIQABUL GÖLÜ – Azәrb. Resp.-nda göl. Şirvan düzünün c.-ş. kәnarında, Hacıqabul vә Şirvan ş.-lәri arasındadır. Okean səviyyәsindәn hünd. –19,6 m, sah. 8,4 km2, maks. dәrinliyi 2,5 m, suyunun hәcmi 13 mln. m3-dir. Suyu, әsasәn, Kür çayından nasosla vurulur. Balıq yetişdirilir.










