HACIQASIMOV Mustafa Mahmud oğlu (12.6.1883, indiki Qazax r-nunun Poylu k. – 27.1.1969, Bakı) – Azәr. mama-ginekoloqu. Tibb e.d. (1937), prof. (1937). Azәrb.SSR әmәkdar hәkimi (1940) vә әmәkdar elm xadimi. Xarkov Untinin tibb fakültәsini bitirmişdir (1910). 1910–19 illәrdә Xarkovda, 1919–24 illәrdә Bakıda M.Əzizbәyov ad. doğum evindә işlәmiş, 1924–29 illәrdә mamalıq texnikumunda müәllim vә sonra direktor olmuşdur. 1926 ildәn Azәrb. Dövlәt Untinin (1930 ildәn Azәrb. Dövlәt Tibb İntunun) mama-ginekologiya kafedrasında (1938–63 illәrdә kafedra müdiri) işlәmişdir. Tәdqiqatları, әsasәn, qadın xәstәliklәrinә, uşaqlığın fibromiomasına, uşaqlıqdankәnar hamilәliyә vә s. hәsr edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var. Azәrb. SSR Mama-Gi ne koloqlar Cәmiyyәtinin sәdri, Azәrb. SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur. Lenin ordeni ilә tәltif edilmişdir (1946).

Ə s ә r i: Оперативный метод в терапии некоторых гинекологических заболеваний. В., 1957.










