HACIQASIMOV Vәli Sultanmurad oğlu (d.2.3.1937, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1985), prof. (1992). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1960). Azәrb. EA Neft-Kimya Proseslәri İn-tunda böyük elmi işçi (1967–87), laboratorya müdiri (1987–96) işlәmiş, 1996 ildәn baş elmi işçi vәzifәsindә çalışır. Tәdqiqatları, әsasәn, karbohidrogenlәrin de hidrogenlәşmәsinin vә metanın riforminqinin öyrәnilmәsinә hәsr olunmuşdur. 135-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










