HACILAR – Azәrb. Resp. Ağcabәdi r-nunda kәnd. Hacılar ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 32 km q.-dә, Qarabağ düzündәdir. Əh. 1420 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, kitabxana, klub, feldşer-mama mәntәqәsi var. Kәndin yaxınlığında arxeoloji abidәlәrdәn Eneolit dövrünә aid Əhәnglitәpә yaşayış yeri, Keşalıtәpә yaşayış yeri, Cәfәr qulutәpә yaşayış yeri, kәndin әrazisin dә isә orta әsrlәrә aid böyük qәbiristan yerlәşir.










