HACILAR – Azәrb. Resp. Laçın r-nunda kәnd. Hacılar ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 24 km q.-dә, Qarabağ yaylasındadır. Əh. 1072 (2020); işğaldan (1992, may) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Orta mәktәb, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 1 dekabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










