HACILILAR – kәngәrlәrdәn olan türk tayfası. Əv vәllәr Şәrqi Anadoluda yaşayan H. Qaraqoyunlu dövlәtinin (1410–68) siyasi hәyatında yaxından iştirak etmişlәr. Qubalı Fәtәli xanın [1758–89] dövründә şah sevәn Mәhәmmәdxanın başçılığı ilә Ərdәbil әyalәtindәn Quba xanlığına köçüb Müşkür vә Şabran mahallarında mәskunlaşmış sәkkiz Azәrb. tayfası arasında H. da var idi. Azәrb.-ın ayrı-ayrı rayonlarında “Hacılar” adlanan kәndlәrin adı, ehtimal ki, H.-la әlaqәdardır. 18–19 әsrin ortalarına aid bәzi mәnbәlәrdә Naxçıvan mahalında yaşayan kәngәr mәnşәli qol vә tirәlәrin içәrisin dә H. nәslinin dә adı çәkilir.










