HACIMİRZƏ – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Millidәrә bölgәsindә, әsasәn, müsәlman kürdlәrin yaşadığı kәnd. H., hәmçinin Kürdlәr dә adlanırdı. 1937–38 illәrdә kәndin әhalisi Qırğızıstanın Oş v.-nә sürgün edilmişdir. Sonralar onların bir hissәsi geri qayıtmış, lakin 1948–53 illәrdә H. k. dә lәğv edilmiş vә әhalisi Azәrb.-a deportasiya olunmuşdur.










