HACINSKİ Camo bәy Süleyman oğlu (14.6.1888, Quba – 1942, Rusiya, Kirov vil., Vyatka) – Azәrb. ictimai-siyasi xadimi, publisist, teatr tәnqidçisi, sәnәtşünas Mehdibәy Hacınskinin qardaşıdır. Peterburq Un-tinin hüquq fakültәsini (1912) bitirmişdir. 1907– 15 illәrdә “Kaspi” qәzetinin müxbiri vә әmәk daşı olmuşdur. 1915–17 illәrdә Batum vil.-ndә vә Dәnizkәnarı r-nda Birinci dünya müharibәsi (1914–18) dövründә zәrәr çәkәnlәrә yardım edәn müsәlman qaçqın komitәsinin müvәkkili işlәmişdir. “Nicat” mәdәni-maarif cәmiyyәtinin işindә iştirak etmiş, müsәlman dram cәmiyyәtinin (1916) vә Azәrb. arxeoloji cәmiyyәtinin (1917) yaradıcılarından olmuşdur. 1917 ilin iyulunda Cәnubi Qafqaz Kәndli Deputatları Şurası İcraiyyә Komitәsi sәdrinin müavini seçilmiş, komitәnin nümayәndәsi kimi Rusiya Müәssislәr mәclisinә seçkilәr üzrә Cәnubi Qafqaz mәrkәzi komissiyasının sәdri vәzifәsinә tәyin edilmişdir. Zaqafqaziya seyminin Müsәlman fraksiyasının, seym buraxıldıqdan sonra (1918, 26 may) isә yeni yaradılmış Azәrb. Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. Azәrb.-ın İstiqlal bәyannamәsini qәbul edәn Milli Şuranın 26 üzvündәn biri olan H. 1918 il noyabrın 19-da Azәrb. Xalq Cümhuriyyәti (AXC) parlamentinә daxil edilmişdi. AXC-nin birinci hökumәt kabinetindә dövlәt nәzarәtçisi vәzifәsini icra etmiş, 4-cü vә 5-ci hökümәt kabinetlәrindә (1919, aprel – 1920, mart) poçt vә teleqraf naziri vәzifәsindә çalışmışdır. H. “Türk yurdu” cәmiyyәtindә Azәrb. incә sәnәtindәn mühazirәlәr oxumuş (1918), Azәrb. vә rus mәtbuatında “Qubalı” imzası ilә çıxış etmişdir. Ü.Hacıbәylinin әsәrlәrinin tamaşaları, hәmçinin N.Vәzirov vә b. haqqında mәqalә vә resenziyalar yazmışdır. “Milli nәğmәlәr” kitabçalarında (1919–20) şeirlәri dәrc olunmuşdur. Aprel işğalından (1920) sonra xalq әdliyyә komissarlığında inzibati-maliyyә şöbәsinin rәisi tәyin olunmuş, mәdәniyyәt vә maarif sahәsindә fәaliyyәtinin davamı kimi Azәrbaycanı Tәdqiq vә Tәtәbbö Cәmiyyәtinin işindә yaxından iştirak etmişdir. 1922 il aprelin 21-dә hәbs olunmuş, 3 il mәhbәsdә saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vil.) hәbs düşәrgәsinә göndәrilmişdir. 1928 ilin iyununda azad edilәrәk Bakıya qayıtmış, hәmin ilin iyulundan Kәnd Tәsәrrüfatı Kooperasiysı İttifaqında (“Köybirliyi”) plan şöbәsinin katibi, daha sonra şöbә müdiri olmuşdur. H. 1933 ilin noyabrından Azәr ittifaq sistemindә işlәmiş, bir ildәn sonra sәnaye kooperasi yasında baş mәslәhәtçi vәzifәsinә keçirilmişdir. 1937 ilin yanvarında hәmin vәzifә lәğv olunduğundan işdәn çıxarılmış, 1938 il noyabrın 24-dә yenidәn hәbs edilәrәk sürgün olunmuşdur. Kirov vil.-ndәk Vyatka hәbs düşәrgәsindә vәfat etmişdir. 1956 ildә SSRİ Ali Mәhkәmәsinin hәrbi kollegiyası tәrәfindәn ona bәraәt verilmişdir.











