HACINSKİ İsa bәy Əbdülsalam oğlu (1860, Bakı – 1919, Bakı) – Azәrb. milyonçusu, xeyriyyәçi. Zadәgan nәslindәndir. Ev tәhsili almış, әrәb, fars, ingilis, fransız vә alman dillәrini öyrәnmişdir. H. atasından miras qalmış bir neçә mülk vә böyük torpaq sahәlәrinin, Bibiheybәtdә zәngin neft mәdәnlәrinin (H.-yә mәxsus quyulardan çıxan neftin ümumi hәcmi 0,5 mln. puda çatmışdı), hәmçinin Qara şәhәrdә kerosin z-dunun sahibi idi. Xәzәr dәnizindәki Çәlәkәn y-a da onun vә qardaşı Kazım bәyin ixtiyarında idi. H. uzun illәr әrzindә “Neft sәnayesi vә ticarәt” cәmiyyәtinin sәdri, hәmçinin şәhәr dumasının deputatı olmuşdur. H. Bakı bulvarının salınması üçün külli miqdarda vәsait ayırmışdı. Uzun müddәt Bakı kişi gimnaziyasının fәxri himayәdarı olmuş, gimnaziyanın azәrb. mәzunlarından 25 nәfәrini öz vәsaiti hesabına Rusiyanın müxtәlif şәhәrlәrinә tәhsil almağa göndәrmişdir.










