HACINSKİ İsgәndәr bәy Mәmmәdkәrim oğlu (1809–1878, Bakı) – Azәrb. tarixçisi. Ərәb vә fars dillәrini mükәmmәl öyrәnmiş, Bakı qәza mәktәbini bitirmişdir. 1835 ildә H. tәrcümәçi kimi rus ordusunda xidmәtә başlamış, sonralar әlahiddә Qafqaz korpusunun qәrargahında (1838 ildәn) çalışmışdır. H. Dağıstanda gedәn döyüşlәrdә vә Krım müharibәsindә (1853–56) iştirak etmiş, 1857 il Rusiya-İran danışıqları başa çatdıqdan sonra Bakı karantin idarәsinin baş komissarı vә port kapitanı tәyin olunmuşdu. 1877 ildә mayor rütbәsindә istefaya çıxmışdır. H.-nin Azәrb.-ın 18 әsr tarixinin öyrәnilmәsindә mühüm mәnbәlәrdәn olan “Qubalı Fәtәli xanın hәyatı” әsәrindә (1847 ildә “Кавказ” qәzetindә hissә-hissә dәrc olunmuşdur) Fәtәli xanın fәaliyyәti obyektiv şәkildә işıqlandırılsa da, o, tarixi şәxsiyyәt kimi ideallaşdırılmışdır. 3-cü dәrәcәli “Anna” vә 2-ci dәrәcәli “Stanislav” ordenlәri, hәmçinin İranın 2-ci dәrәcәli “Şir-i Xurşid” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r i: Qubalı Fәtәli xanın hәyatı. B., 1959.










