Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HACINSKİ Mәmmәdhәsәn Cәfәrqulu oğlu
    HACINSKİ Mәmmәdhәsәn Cәfәrqulu oğlu (3.3.1875, Bakı – 9.2.1931, Tiflis) – Azәrb.-ın dövlәt xadimi. Peterburq Texnologiya İn-tunu bitirmişdir (1902). Bir müddәt Ş.Əsәdullayevin Moskvadakı neft ayırma z-dunda mühәndis işlәmişdir. 1908 ildәn H. Bakı şәhәr idarәsindә tikinti şöbәsinә başçılıq etmişdir; şәhәrin baş planının layihәsini tәkmillәşdirmişdir. 1909–10 illәrdә Bakı dәniz kәnarı parkının salınması (tikintisi 1912 ildә başa çatdırılmışdır) vә dәniz hamamının inşası H.-nin fәaliyyәti ilә bağlıdır. 1913 ildә qısa müddәt Bakı şәhәr idarәsinin rәisi olmuş, Şirvanşahlar sarayının qorunması vә bәrpasına dair tәşәbbüs irәli sürmüşdür. H. 1902–17 illәrdә Bakı şәhәr dumasının üzvü olmuşdur. “Hümmәt” sosial-demokrat tәşkilatının (1904) tәsisçilәrindәn vә “Nәşri-maarif” cәmiyyәtinin (1906) yaradılmasının tәşәbbüs çülәrindәn biri, “Nicat” cәmiyyәtinin idarә heyәtinin, Müsәlman Xeyriyyә Cәmiyyәtinin Mәrkәzi Komitәsinin üzvü olmuşdur. “Müsavat” partiyasının ilk üzvlәrindәn idi. 1917 il martın 5-dә yaradılmış Bakı İctimai Tәşkilatları Şurasının İcraiyyә Komitәsinә daxil olan H. martın 27-dә Bakı Müsәlman İctimai Tәşkilatları Müvәqqәti Komitәsinin sәdri seçilmişdir. 1917 ilin aprelindә Qafqaz müsәlmanlarının Bakı qurultayında, hәmin ilin mayında Rusiya müsәlmanlarının Moskvada keçirilmiş qurultayındada iştirak etmişdir. H. “Müsavat” partiyasının birinci qurultayında (1917, 26–31 oktyabr) Mәrkәzi Komitәnin üzvü seçilmişdir. 1917 il noyabrın 15-dә yaradılmış Zaqafqaziya komissarlığında ticarәt vә sәnaye komissarının müavini vәzifәsindә çalışmışdır. Rusiya Müәssislәr mәclisinә üzv seçilmiş H. Zaqafqaziya seymi tәşkil edildikdә “Müsavat” partiyasından bu qurumun üzvü olmuşdur. Trabzon konfransında (1918) iştirak etmiş, Zaqafqaziya seyminin danışıqlarıda yandırmaq haqqında qәrarına qarşı çıxmışdır. A.Çxenkeli H.-nin mәslәhәti ilә danışıqları kәsmәmişdi. H. Trabzonda Ənvәr paşa ilә görüşmüş, Osmanlı dövlәtinin Cәnubi Qafqazla bağlı mövqeyi әtrafında danışıqlar aparmışdır. Osmanlı dövlәtinin yeni sülh tәşәbbüsü ilә çıxış etmәsindә H.-nin mühüm rolu olmuşdur. H. Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumәtindә ticarәt vә sәnaye naziri vәzifәsini icra etmişdir. Batum konfransında (1918) M.Ə.Rәsulzadә ilә birlikdә Azәrb. tәrәfini tәmsil etmişdir. ZDFR-in süqutundan (1918, 26 may) sonra H. mayın 27-dә yaradılan Azәrbaycan Milli Şurasının üzvü olmuşdur. O, Milli Şuranın Azәrb.-ın İstiqlal bәyannamәsini qәbul edәn 26 üzvündәn biri idi. Azәrb. Xalq Cümhuriyyәtinin (AXC) 1-ci hökumәt kabinetindә H. xarici işlәr naziri olmuşdur. Osmanlı dövlәti ilә AXC arasında dostluq müqavilәsini [bax Batum müqavilәlәri (1918)] Azәrb. tәrәfindәn M.Ə.Rәsulzadә vә H. imzalamışlar. Onlar müqavilәnin 4-cü bәndinә әsasәn Osmanlı dövlәtinә ermәni-daşnak soyqırımlarına mәruz qalan Azәrb.-a hәrbi yardım üçün müraciәt etmişdilәr. Osmanlı dövlәti ilә Bakı-Batum neft kәmәrinin istismarı vә Cәnubi Qafqaz d.y.-larından istifadә haqqında sazişlәr dә imzalanmışdı. Gürcü qoşunlarının Borçalı qәzası hüdudlarından dәrhal çıxarılması tәlәbi ilә H. 1918 il iyunun 14-dә Gürcüstan hökumәtinә etiraz notası göndәrmişdi. Cәnubi Qafqaz respublikaları arasında sәrhәdlәrin dәqiqlәşdirilmәsi üçün müştәrәk komissiyalar yaratmaq tәklifi ilә Gürc. vә Erm. hökumәtlәrinә müraciәt etmişdi. AXC-nin 2-ci hökumәt kabinetindә xarici işlәr naziri olmuş H. 1918 il oktyabrın 6-dәk hәm dә nәzarәt nazirliyinә rәhbәrlik etmiş, oktyabrın 6-dan isә maliyyә naziri olmuşdur. 1918 il noyabrın 28-dә AXC ilә Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında imzalanmış müqavilәyә görә, Dağlılar Respublikasına 10 mln. rubl faizsiz borc verilmişdi. H. 3-cü hökumәt kabinetindә dövlәt nәzarәtçisi vәzifәsini tuturdu. Azәrb. nümayәndә heyәtinin tәrkibindә Paris sülh konfransında (1919–20) iştirak edәn H. danışıqlar zamanı Ə.Topçubaşovla birlikdә ABŞ, B.Britaniya, Almaniya, İtaliya, Türkiyә, İran vә b. ölkәlәrin başçıları, dövlәt nümayәndәlәri ilә görüşәrәk, onlara Azәrb. xalqının istiqlal mübarizәsi, ölkәnin ağır iqtisadi vәziyyәti, zәngin neft ehtiyatı haqqında mәlumat vermişdi. H. 1919 il noyabrın 23-dә AXC ilә Erm. arasında sülh sazişinin imzalanmasında iştirak etmişdir. 1919 ilin dekabrında F.Xoyski vә M.Vәkilovla birlikdә Azәr b.- Ermәnistan konfransındakı iştirak edәn H. konfransdakı çıxışında bildirmişdi ki, Azәrb. vә Erm. respublikaları arasında dostluq münasibәtlәrinin yaranmasına әsas maneә mübahisәli әrazilәr mәsәlәsidir; Qafqaz respublikaları müstәqil dövlәtlәr kimi konfederasiyada birlәşsәlәr, bu mәsәlә öz-özünә hәll edilәcәkdir. H. “Müsavat” partiyasının 2-ci qurultayında (1919, 2–11 dekabr) partiyanın siyasi komissiyasının vә MK-nın üzvü seçildi. Dekabrın 24-dә N.Yusifbәylinin yeni hökumәt kabinetindә daxili işlәr naziri, 1920 il fevralın 18-dәn isә ticarәt, sәnaye vә әrzaq naziri vәzifәsini tuturdu. 1920 il martın 30-da hökumәt istefa verdikdә, AXC parlamenti yeni hökumәtin tәşkilini H.-yә tapşırdı. O, parlamentdә fәaliyyәt göstәrәn partiya vә fraksiya nümayәndәlәri ilә danışıqlar apardı, hәtta bol şeviklәrlә görüşdü vә onlara öz hökumәtindә nazir vәzifәlәrini tәklif etdi. Bolşeviklәrdәn müsbәt cavab almayan H. aprelin 22-dә yeni hökumәt tәşkil etmәyin mümkün olmadığını parlament sәdrini әvәz edәn M.Cәfәrova bildirdi, hәmçinin “Müsavat” partiyasından çıxdığını vә bol şeviklәr partiyasına daxil olduğunu bәyan etdi. AXCnin taleyi üçün son dәrәcә mәsuliyyәtli bir zamanda H.-nin lәnglik göstәrәrәk hökumәti tәşkil edә bilmәmәsi hakimiyyәt böhranını daha da dәrinlәşdirdi. AXC devrildikdәn sonra H. Azәrb. SSR Ali Xalq Tәsәrrüfatı Şurasında, Zaqafqaziya Dövlәt Plan Komitәsindә müxtәlif rәhbәr vәzifәlәrdә çalışsa da, repressiyaya mәruz qaldı, 1930 il dekabrın 3-dә Tiflisdә Zaqafqaziya Dövlәt Siyasi İdarәsi (DSİ) tәrәfindәn hәbs olundu. Ağır işgәncәlәrә mәruz qalan, ürәk xәstәliyinә vә vәrәmә tutulan H., istintaq sәnәdlәrinә görә, “özünü asmaqla” intihar etmişdir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU