HACISAMLI – Azәrb. Resp. Laçın r-nunun Kürdhacı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 50 km şm.-q.-dә, Şәlvә çayının sahilindә, Qarabağ silsilәsinin c.-q. yamacındadır. Əh. 281 (2020); işğaldan (1992, may) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Taxta emalı z-du, çörәk bişirmә sexi, orta mәktәb, kitabxana, klub, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 1 dekabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










