HACITURALI – Azәrb. Resp. Ağdam r-nunun Əfәtli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 23 km ş.-dә, Qarabağ düzündәdir. Əh. 726 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, kitabxana, tibb mәntәqәsi fәaliyyәt göstәrir. Əkin sahәlәrinin suvarılması üçün içmәli su artezianı vә 10 subartezian quyusu var.










