HACIYEV Abbas Mәhәmmәd oğlu (1.1.1933, Gürc. SSR, Marneuli – 21.1.2011, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1970), prof. (1973). Azәrb. Dövlәt Un-tinin filologiya fakültәsini (1957) bitirmişdir. 1964–79 illәrdә Azәrb. Dillәr İntunda dosent, prof., kafedra müdiri olmuşdur. 1979 ildәn Azәrb. Dövlәt Pedaqoji İn-tunda (indiki ADPU) işlәmişdir (1983–2002 illәrdә kafedra müdiri, 2002–11 illәrdә prof.). Tәdqiqatları, әsasәn, Azәrb. әdәbiyyatının әdәbi-nәzәri mәsәlәlәrinә, Tiflis vә Borçalı әdәbi mühitinin öyrәnilmәsinә, Azәrb.-Gürc. әdәbi әlaqәlәrinә hәsr edilmişdir. Ali mәktәblәr üçün dәrslik vә dәrs vәsaitlәri var.
Ə s ә r l ә r i: Tiflis әdәbi mühiti. B., 1980; Tiflis Azәrbaycan Teatrı. B., 1984; Bәdii әsәrin strukturu. B., 1992; Sәnәtin işığında. B., 2010.










