HACIYEV Adil Nurәddin oğlu (19.12.1937, Bakı – 30.9.2017, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1992), Azәrb. Resp. әmәkdar mühәndisi (2006). 1960 ildә Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir. “Azneftkәşfiyyat” trestindә qazmaçı kömәkçisi, mühәndis-geoloq, böyük geoloq (1960–66), “Xәzәrdәnizneft geofizkәşfiyyat” trestindә geoloji şöbә rәisi (1966–77), trestin baş geoloqu (1977–2009) vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları Xәzәr dәnizi vә hәmsәrhәd quru rayonların çöküntü hövzәlәrinin quruluşu, әmәlәgәl mәşәraiti vә neftqazlılıq perspektivliyinin qiymәtlәndirilmәsi üzrәdir. Onun bilavasitә iştirakı ilә “Günәşli”, “Çıraq”, “Azәri”, “Kәpәz”, “8 Mart adına”, “Muradxanlı” neft-qaz yataqları açılmışdır. H. 100-dәn çox elmi mәqalәnin müәllifidir.










