HACIYEV Aqil Cəfər oğlu (10.8.1947, Şuşa – 14.2.2019, Bakı) – Azərb.ədəbiyyatşünası. Filologiya e.d. (1982), prof.(1984). Cəfər Xəndanın oğludur. Azərb. Dövlət. Un-tinin(indiki BDU) filologiya fakültəsini (1970) və MDU-nun aspiranturasını (1973) bitirmişdir. 1973 ildən BDU-da pedaqoji fəaliyyət göstərmişdir. (1984 ildən kafedra müdiri, 1990-92 illərdə filologiya fakültəsinin dekanı). Tətqiqatları, əsasən, rus-Azərb. ədəbi əlaqələrinə həsr edilmişdir. 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi seminar, simpozium və konfransların iştrakçısı olmuşdur. Azərb. Resp.-nın “Şöhrət” (2009) ordeni ilə təltif edilmişdir.
Ə s ə r l ə r i: Кавказ в русской литературе первой половина XIX века. Б., 1982; Этапы литературного братства. Из истории литературных связей России с Кавказом. Б., 1986; А.А.БестужевМар линский. Б., 1992.










