HACIYEV Arif Allahyar oğlu (13.3.1935, Yevlax – 15.4.2000, Bakı) – Azәrb. әdәbiyyat şünası. Filologiya e.d (1970), prof. (1972). Azәrb.-ın әmәkdar elm xadimi (1990). Azәrb. Pedaqoji Rus dili vә Ədәbiyyatı İn-tunu bitirmişdir (1958). 1963–66 illәrdә hәmin in-tda baş müәllim, 1966–76 illәrdә ADU-nun rus әdәbiyyatı kafedrasında baş müәllim, dosent, prof.; 1976–87 illәrdә Azәrb. EA Nizami ad. Ədәbiyyat İn-tunda şöbә müdiri, 1993–2000 illәrdә aparıcı elmi ışçi olmuş, 1987–93 illәrdә Azәrb. Ədәbiyyatı Muzeyinin direktoru işlәmişdir. Tәdqiqatları, әsasәn, әdәbi tәnqid, romantizm vә realizm problemlәrinә, Azәrb.–Avropa әdәbi әlaqәlәrinin tәdqiqinә hәsr olunmuşdur. Ədәbiyyat şünaslığın müxtәlif mәsәlәlәrinә dair elmi әsәrlәri, o cümlәdәn monoqrafiya vә kitabları var.
Ə s ә r l ә r i: Предмет, содержание, форма художественной литературы. B., 1967; Романтизм и реализм. B., 1972; Ренессанс и поэзия Низами Гянджеви. B., 1980; Ренессанский мир “Хамсе” Низами Гянджеви. B., 2000.










